Daşınmaz əmlak bazarı, müştərək mülkiyyətli əmlaklar və çoxmənzilli binanın idarə edilməsi hər birimizin bu və ya digər formada iştirakçısı olduğumuz, iç-içə yaşadığımız fəaliyyət sahəsidir.
Nəzərə alsaq ki, müstəqillik dövründə əmlakların idarə edilməsi sahəsində yeni formaların tətbiqi və əvvəlkilərdən fərqli yanaşmalar nəzərdə tutulur, təbii olaraq, ictimaiyyət üçün yeni suallar və əlavə məlumatlandırma ehtiyacı yaranır.
“Evimiz Bir” blog səhifəsi daşınmaz əmlakın idarə edilməsi sahəsində məlumat ehtiyacının qarşılanmasına dəstək olmaq məqsədi daşıyır.
İstənilən maraqlı tərəf blog səhifəmizi izləməklə bu təcrübə və biliklərdən bəhrələnə bilər.
Daşınmaz əmlakların idarə olunması, neft və qaz yataqlarının işlənməsi və xidmət sektorlarında geniş təcrübəyə malikdir.
İqtisadiyyat və biznesin idarə edilməsi sahəsində magistr dərəcəsi var. Həm Azərbaycanda, həm də ölkə xaricində uzunmüddətli peşəkar fəaliyyətlə məşğuldur. Daşınmaz əmlakın idarə edilməsi sektoru üzrə geniş təcrübəsi, beynəlxalq konfranslardakı iştirakı və davamlı araşdırmaları bu sektor üzrə blog yazılarının mövzularını qidalandırır.
ABŞ-da MBA təhsili və CPA lisenziyasına sahibdir.
Yanğın təhlükəsizliyi və daşınmaz əmlakların idarə olunması sahəsində ümumi 10 illik iş təcrübəsinə malikdir. Müxtəlif beynəlxalq tədbirlərdə təşkilatçı formasında iştirakı əməyin mühafizəsi, layihənin idarə edilməsi sahəsində bilik və təcrübələrinə əlavə dəyər qatmışdır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Standartlaşdırma üzrə Texniki Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin İctimai şurasının və bir sıra digər təşkilat və assosiasiyaların üzvüdür.
Yanğın Təhlükəsizliyi Mühəndisliyi sahəsində bakalavr və magistr dərəcəsi var. NEBOSH, IOSH, IPMA sertifikatlarına sahibdir.
Sizin də müştərək mülkiyyətli daşınmaz əmlaklar və onların idarə edilməsi sahəsində suallarınız varsa, bu sektor sizin də maraqlarınızı əhatə edirsə, o zaman doğru ünvandasınız.
Mənzil mülkiyyətçisi, icarəçi, sakin, sərmayəçi, idarəedici təşkilat, tikinti şirkəti və digər maraqlı tərəflər blog yazılarımızı izləməklə özlərini bu sektor barədə məlumatlandıra bilər. Eləcə də, yazılarımızı izləməklə, mövzuya aid qanunvericilik tələblərini öyrənmək, fərqli təcrübələrlə tanış olmaq imkanı əldə etmiş olurlar.
Daşınmaz əmlakların idarə edilməsi sahəsində təcrübəyə malik olan hər kəsin bu platformadan istifadə etmək imkanı var.
Maraqlı təcrübəsi olan istənilən şəxs, sakin, mülkiyyətçi, idarəedici təşkilat və digər maraqlı tərəflər hekayələrini izləyicilərlə bölüşmək, onları bilgiləndirmək və faydalı olmaq məqsədilə məqaləsini bizə təqdim edə bilər.