İSTİFADƏ ŞƏRTLƏRİ

“Evimiz Bir” platforması (evimizbir.net) tamamilə ödənişsiz və məlumatlandırma xarakterli məqalələr dərc edən internet blog səhifəsidir. İstənilən şəxs bu internet səhifəyə daxil olub dərc olunan məqalə və məlumatlarla tanış ola, onları öz sosial səhifəsində paylaşa bilər.

Bəzi əlavə xidmətlər üçün (məsələn, dərc olunan yazıya rəy bildirmək üçün) abunə olmaq tələb olunur. Abunə olan zaman hər hansı ödəniş və ya xüsusi tələblər mövcud deyil. Abunə olan istifadəçilərin təqdim etdiyi email ünvanları heç bir tərəfə təqdim olunmur.

Media

Səhifədə dərc olunan hər hansı məqalə və məlumatı və ya onun bir hissəsini təkrar dərc etmək, paylaşmaq, ondan hər hansı formada istifadə etmək üçün, müəllif hüququnun gözlənməsi məqsədilə, səhifə və müəllifə istinad olunması tələb olunur.

Müəllif hüququ və səhifənin digər istifadə tələblərinin pozulmasına görə istifadəçi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə məsuliyyət daşıyır.

Məsuliyyət və məsuliyyətdən imtina

Platforma hər hansı məsələdə hüquqi rəy bildirmir və dərc olunan məlumatların tamlığına və dəqiqliyinə görə hər hansı məsuliyyət daşımır. Platformada dərc olunan məqalə və materiallar məlumat xarakterlidir və yazarın şəxsi mövqeyini əks etdirir. Blog səhifəsi və yazar səhifədən istifadə edilməsinə görə hər hansı tərəfə dəyə biləcək maddi ziyana görə məsuliyyət daşımır.

Səhifə istifadəçilərinin dərc olunan məqalələrə rəy bildirmək, blog yazarlara sual və təkliflər göndərmək, bəyəndikləri məqalələri istinad verməklə paylaşmaq imkanları mövcuddur. Bütün hallarda qeyri-etik və normadan kənar yazı, rəy və hərəkətlərə yol verilmir.

Dini, siyasi və digər ictimai həssas mövzuların və ifadələrin istifadəsinə yol verilmir. Öncədən icazə alınmadan səhifə və onun hissələrinin hər hansı biznes məqsədilə istifadəsinə yol verilmir.

Blog idarəçisi belə halların qarşısını almaq, qeyri-məqbul rəyləri və ya məqalələri silmək və ya dərc etməmək hüququnu özündə saxlayır. Tələbləri pozan şəxslər müvafiq qaydada qanunvericilik qarşısında məsuliyyət daşıyır.

Əhatə dairəsi

İstifadə şərtləri bu web səhifədən və buradakı materiallardan hər hansı formada faydalanan bütün istifadəçilərə şamil olunur. İstifadəçi dedikdə, abunəçi olmağından asılı olmadan, səhifəyə daxil olan və onun materiallarından istənilən formada istifadə edən bütün tərəflər: oxucu, yazar, izləyici, müraciət ünvanlayan şəxs və digər formada olan istifadəçi şəxslər nəzərdə tutulur.

Səhifənin istifadəçisi olan istənilən şəxs bu səhifədə əks olunan bütün şərtləri avtomatik olaraq qəbul etmiş hesab olunur. Əgər istifadəçi tərəfindən qəbul olunmayan hər hansı məqam varsa, səhifəni dərhal tərk etməsi və ondan hər hansı formada istifadəni dayandırması xahiş olunur.

Blog yazarları üçün tələblər

Daşınmaz əmlak, müştərək mülkiyyətli əmlak və onların idarə edilməsi mövzularında müxtəlif sahələr üzrə təcrübəsi olan istənilən şəxs hazırladığı məqaləni bu platformada dərc edilməsi üçün bizə təqdim edə bilər. Məqalənin müəlliflik hüququ, yazıda verilən məlumatların dəqiqliyi və tamlığına dair məsuliyyət yazarın üzərinə düşür. Blog idarəçisinin məqaləyə düzəliş edilməsi üçün təklif vermək və ya məqaləni ümumiyyətlə dərc etməmək hüququ vardır. Dərc olunduğu halda, məqalə öz müəllifinin adı altında dərc olunur və müəllif haqqında qısa məlumat müvafiq səhifədə yazarlar bölümündə əks olunur.

Məqalə təqdim etmək üçün əsas tələblər:

  • Məqalə müəllifinin icazəsi və ya təqdim edən şəxsə aid olması 
  • Müəllif barədə qısa məlumat (ad, soyad, peşəsi, iş təcrübəsi və s.)
  • Məqalənin yuxarıda qeyd olunan sahələrə aid mövzuları əhatə etməsi
  • Məqalənin strukturlu formada olması: giriş, bir və ya bir neçə əsas mövzu, sonluq
  • Həcm tələblərinə riayət olunması: minimum 200 söz, maksimum 2000 söz.
  • Faktlar istifadə edildikdə mənbəyə istinad edilməsi, müəllifin şəxsi fikri və ya rəyi olduqda, müvafiq açar sözlərin istifadəsi (fikrimcə, məncə, mənə görə və s.)

Məqaləyə diqqət çəkən şəklin əlavə olunması (təqdim edilmədikdə, şəkil admin tərəfindən əlavə olunur): bir tərəf minimum 600 piksel.